Oktyabrın 7-dən İsrailin Qəzzə zolağına etdiyi hücumlarda 9 məscid tamamilə dağıdılıb.
Məsələ ilə bağlı Fələstin hökumətinin Qəzzədəki media ofisi tərəfindən də yazılı açıqlama verilib.
Açıqlamada İsrailin hücumları nəticəsində 17 məscid və 1 kilsə olmaqla 18 ibadət yerinin zərər gördüyü bildirilib.
Qəzzadakı Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin rəsmilərindən İkrami Səlim Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada hücumlarda 9 məscidin tamamilə dağıdıldığını bildirib.