Əndəlüsdə İslam sivilizasiyası üzərində araşdırma aparan arxeoloq Əmcəd Süleyman Anadoluya deyib: “Onun arxeoloji qrupu Babul-Fəxxarin kimi tanınan qədim Qranada şəhərinin mərkəzində binanın döşəməsini qazarkən şəhərdəki səkkiz İslam qəbiristanlığından birini aşkar edib”.
Süleyman izah edib ki, indiyə qədər “Dulusçular qəbiristanlığı” kimi tanınan qəbiristanlıqda 40-dan çox müsəlmanın qalıqlarını aşkar ediblər ki, bu da əslində o kiçik ərazidə dəfn olunduğu güman edilən 150 nəfərin bir hissəsidir.
O, əlavə edib: “Qranada müsəlmanların Əndəlüsdəki son sığınacağı olub. Aşkar edilmiş qədim qəbiristanlıqlarda dəfn olunanların sıxlığı o dövrdə orada yaşayan müsəlmanların sayından xəbər verir”.
Bu arxeoloq deyib: Dəfn edilmə forması və ətrafdakı əşyaları tədqiq etməklə, dəfn olunanların müsəlman olduğu aydın olur./iqna