İslamın tərbiyə sisteminin üç əsas xüsusiyyəti

İslamın tərbiyə sisteminin üç əsas xüsusiyyəti

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tehran Universitetinin ustadı Xosrov Baqiri “Quran və Tərbiyə” toplantısında İslamın tərbiyə sistemi haqqında danışıb ki, onu aşağıda oxuya bilərsiniz:

Quranda insanın vəsfinə nəzər saldıqda anlayırıq ki, insan əməl sahibi kimi təqdim edilir. Əməlinin tələbləri də onun öhdəsindədir. Quranda əməl sözü və onun sinonimləri çoxdur. Əgər Quran mətnini insan əməli ilə bağlı təhlil etmək istəsək, ona iki cəhətdən nəzər sala bilərik: Kəmiyyət və keyfiyyət.

Əgər kitabda bir məfhum çox istifadə olunursa, o məfhumun əsas əsas və mehvbər olduğu aydındır. Bu, mətnin təhlilinin əlamətlərindən biridir. Ona görə də Quranda “Allah” kəlməsi çox işlənir. Bu da Quranda “Allah”ın mehvər olduğunu göstərir. Quranda insan əməlləri də çoxdur.

Keyfiyyət aspektində bu sual ortaya qoyulur ki, məfhumun məqamı haradadır? Bu nöqteyi-nəzərdən “əməl” məfhumu keyfiyyətcə çox mühümdür. Əməl olmasa, çox şey ola bilməz. Məsələn, dinin özü ola bilməz, çünki dinin əməl edən insanlar üçün mənası var. Deməli, bu məfhumun məqamı çox yüksəkdir. Bir çox şeylər bu məfhuma tabedir. Beləliklə, biz mətni təhlil etdikdə, insan əməl edən olması kəmiyyət və keyfiyyət baxımından heyrətamiz mövqeyə malik olan əsas məfhumdur.

Gəlin yaradılış hekayəsinə baxaq. Məncə, Adəm və Həvvanın hekayəsi insanın bir əməl edən olduğunu bildirir. Çünki Adəm və Həvva cənnətə girəndə biz onların bir vəsvəsəyə qarşı nə etdiklərini görməliyik? Adəm və Həvva əməl məqamında vəsvəsə qarşısında uğursuzluğa düçar olurlar.

Allah onlara tövbə etmək imkanı verir ki, bu da əməlin dinamik xarakterindən xəbər verir. Yəni Adəm özünü cənnət güzgüsündə görüb kim olduğunu anladı və sonra yerə getdi. Allah da ona buyurdu ki, orda sənə hidayət və vəsvəsə gələcək və hər birinə əməl etsən nəticəsini görərsən. Bundan belə qənaətə gəlmək olar ki, insan Quranda öz şəxsiyyətini əməllə yaradan və müəyyən edən fəal bir varlıq kimi təsvir edilmişdir.

Nə tərbiyə deyil?

Bu izahatla biz tərbiyə məfhumunu müzakirə edə bilərik. Əvvəla, necə ola bilər ki, təlim-tərbiyə əməl edən insan haqqında olmasın? Əməl edən insanın tərbiyəsi təlqin məcburiyyət üzündən ola bilməz. Tərbiyənin insan iradəsi ilə bir araya sığmayan cəhətlərindən biri də məcburiyyətdir. Əməl ac heyvanın yeməyə hücumu kimi güclü başlamalıdır. Etmək istədiyimiz işlər istəksizlik və məcburiyyətdən irəli gəlirsə, bir problem üzə çıxıb. İnsanın gördüyü işlər təsirli və məhsuldar olmaq arzusu ilə edilməlidir.

Buna görə də motivasiyaları öldürən, istəklərə əhəmiyyət verməyən tərbiyə sistemləri insan iradəsinə uyğun gəlmir. Bizdə iki növ məcburiyyət var: Biri daxili, digəri isə xarici. Başqaları bizi məcbur edirsə, bu pisdir. Amma özümüzü daxildən məcbur etsək, bu, məqbul ola bilər.

İslamın tərbiyə sisteminin üç xüsusiyyəti

Məsələ burasındadır ki, ilk növbədə tərbiyə təlqin üzündən olmamalıdır. İkincisi, onu məcbur etmək, üçüncüsü, ona təhmil etmək olmaz. Digər tərəfdən, tərbiyə birinci araşdırma, ikinci motivasiya, üçüncü seçim üzündən olmalıdır. Allah Quranda bu məqamı qısaca olaraq bildirmişdir: “256.       Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi” (Bəqərə, 256). Yəni din məsələsində təzyiq, məcburiyyət yoxdur və ya olmamalıdır.

Peyğəmbərin, tərbiyəçinin və müəllimin vəzifəsi insanları dindar etmək deyil, bu izahı göstərməkdir. Deməli, dində idrak əsası vacibdir. Məlum oldu ki, insana hansı tərbiyə uyğun gəlir, hansı tərbiyə uyğun gəlmir. Bu izahatlar tərbiyə və insanşünaslıq arasında uyğunluğu göstərə bilər. Bu nöqteyi-nəzərdən tərbiyə üç ölçüdə şagirdin dəyişmə istiqamətində müəllim və şagird arasında qarşılıqlı əlaqədir: Birincisi, tanımaq; İkincisi, arzu olunan hədəfə doğru hərəkət etmək meyli və daxili istək. Üçüncüsü, arzu olunan hədəfi seçmək və ona çatmağa çalışmaq./iqna