İslamda sağlamlığa diqqətin əhatə dairəsi

İslamda sağlamlığa diqqətin əhatə dairəsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İmam Əli (ə) iki şeyi gizli və naməlum nemət hesab edirdi: Biri təhlükəsizlik, digəri isə sağlamlıq. Bu ikisindən hər hansı biri təhlükə altındadırsa, bütün cəmiyyət və o cəmiyyətin insanları təhlükə altındadır. Bu səbəbdən İslamda sağlamlıq və onun qorunub saxlanması ilə bağlı mühüm məqamlar önə çəkilmişdir.

Dini mədəniyyətdə Allah xəstəliklərə şəfa verir və hər hansı bir insan və ya alət bir vasitədir. Necə ki, Quranda Həzrət İbrahimin (ə) dilindən buyurulur: “Xəstələndiyim zaman O, mənə şəfa verir” (Şüəra, 80).

Qurani-Kərim də Allah tərəfindən möminlərin ondan müalicə ala bilmələri üçün bir yolgöstərən olaraq yerləşdirmişdir. Belə ki, buyurmuşdur: “Biz Qurandan insanlar üçün şəfa və mərhəmət nazil etdik. “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır” (İsra, 82).

Qurani-Kərimdə insan sağlamlığını qorumaq, o cümlədən yemək və içməkdə israfçılıqdan çəkinmək üçün müxtəlif tövsiyələr verilmişdir: “Yeyin-için və həddi aşmayın” (Əraf, 31).

Bu yemək-içmək insan sağlamlığını qorumaq üçün halal və pak olmalıdır: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!” (Nəhl, 114).

Müxtəlif qidalanma üslubları var. Bəziləri gün ərzində iki dəfə, bəziləri isə daha çox yemək yeyirlər. Qurani-Kərimdə səhər və axşam iki dəfə yemək tövsiyə olunur: “Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır” (Məryəm, 62).

Allahın bütün nemətlərindən, o cümlədən heyvanların, balıqların ətindən, meyvələr və tərəvəzlərdən istifadə edilməsi Qurani-Kərimdə vurğulanır. Məsələn, “Maidə” surəsinin 96-cı ayəsində buyurulur: “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!”.

Yeməyə diqqət yetirilməli olan başqa bir məqam da budur: “Deməli, insan yeməyinə baxmalıdır” (Əbəsə, 24).

Xəstəliyi insanlardan uzaqlaşdıran yeməklərin keyfiyyəti, yemək üsulu və sağlamlıqla bağlı digər məsələlər haqqında bir neçə ayələr qeyd edilmişdir./iqna