İslam dininin “dənizin altındakı od” haqqında dedikləri 1977-də kəşf edildi

QEYD EDƏK Kİ, HƏYATINDA BİR DƏFƏ DƏ OLSUN GƏMİYƏ MİNMƏYƏN MƏHƏMMƏD PEYĞƏMBƏR (ALLAHIN ONA SALAVAT VƏ SALAMI OLSUN) HEÇ OKEANLARIN DA DİBİNƏ DÜŞMƏMİŞDİR.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İnsanlar daim od ilə suyun biri-birinə tamamilə zidd olmasını düşünərək onların qətiyyən bir araya gəlməməsi fikrində olublar. Lakin bu mövzumuzda ziddiyyətləri bir araya gətirməyə qadir olan Uca Rəbbimizin Yer üzündə yaratdığı su və od birləşməsindən bəhs edəcəyik.

Qurani-Kərimdə kainatın sonunda dənizlərin alovlanacağı və qaynayacağı barədə bir çox ayələr var. Lakin Uca Allah nazil etdiyi ayələrin birində, hətta, hal-hazırda da odlu-alovlu dənizə işarə edərək buyurur:

﴿ وَالسَّقْفِ الْمَرْفُوعِ. وَالْبَحْرِ الْمَسْجُورِ. إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ. مَا لَهُ مِنْ دَافِعٍ ﴾

“And olsun yüksək tavana (uca göyə)! And olsun alovlanan dənizə! Rəbbinin əzabı (iman etməyənlər üçün) mütləq vaqe olacaqdır. Onun qarşısını heç nə ala bilməyəcəkdir”. (“ət-Tur” surəsi, 5-8- ci ayələr)

Böyük təfsir alimi olan Məhəmməd ibn Cərir ət-Təbəri (839-923) ayənin təfsiri haqqında etdiyi rəvayətlərin birində belə deyib:

.عن شمر بن عطية, في قوله: ( وَالْبَحْرِ الْمَسْجُورِ ) قال: بمنـزلة التنُّور المسجور
“Şəmr ibn Atiyyədən Uca Allahın “And olsun alovlanan dənizə!” ayəsi haqqında belə söylədiyi nəql edilir: “Yəni alovlanmış təndir kimi (olan dənizə)”. (“Təfsir ət-Təbəri”, “ət-Tur” surəsi, 6-cı ayənin təfsiri)
Böyük təfsir alimi Məhəmməd ibn Əhməd əl-Qurtubi (1204-1273) deyib:

.قال الضحاك وشمر بن عطية ومحمد بن كعب والأخفش بأنه الموقد المحمي بمنزلة التنور المسجور
“Dahhək, Şəmr ibn Atiyyə, Məhəmməd ibn Kab və Əxfəş deyib: “O dəniz alovlanmış təndir kimi odlu və qaynardır”. (“Təfsir əl-Qurtubi”, “ət-Tur” surəsi, 6-cı ayənin təfsiri)
Abdullah ibn Amrdan rəvayət olunan hədisdə Peyğəmbərin belə dediyi nəql olunur:

(فإن تحت البحر نارا وتحت النار بحرا…)
“Həqiqətən də, dənizin altında od və odun da altında dəniz vardır”. (Əbu Davud, Beyhəqi, Təbərani, əl-Bəzzar və digərləri rəvayət ediblər.)

Burada qeyd edəcəyimiz mövzu ayə və hədisdə zikr olunduğu kimi, dənizlərin altında odun kəşfi haqqındadır. Hədisin davamında qeyd edilən “və odun da altında dəniz vardır” kəlmələrindəki həqiqəti də həmçinin alimlər artıq 2014-cü ildə kəşf edərək, həqiqətən də, Yerin mantiya qatının altında Yer kürəsinin üzərində olan okeanlardan üç dəfə böyük olan okean olduğunu sübut ediblər. Allahın izni ilə gələcəkdə bu barədə də bəhs edəcəyik.
MÜASİR ALİMLƏRİN OKEANLAR ALTINDAKI ODU KƏŞF ETMƏLƏRİ
Müasir alimlər dənizlərin altında 1000 °C ilə ölçülən alovun olduğunu yalnız 1977-ci ildən bəri kəşf etməyə başlayıblar.
Belə ki, ABŞ-ın Oregon Dövlət Universitetinin saytı 1991-ci ildə nəşr edilən Cozef Konun (Joseph Cone) “Dəniz altında yanğın” (Fire Under the Sea) adlı kitabının məzmunu haqqında deyir:
“1977-ci ilə qədər tamamilə məlum olmayan dəniz silsiləsi kimi tanınan və Yer kürəsini əhatə edən sualtı dağlar boyunca bir çox yerlərdə dənizaltı isti bulaqlar meydana gəlir. Bu bulaqların araşdırılması planetimiz və oradakı həyat haqqında bir sıra qeyri-adi kəşflərlə nəticələnir”.
[31/7 19:29] +995 593 78 43 51: “Müəllif Cou Kon XX əsrin elm və texnologiya sahəsində baş verən böyük inkişaf nəticəsində isti bulaqlardakı önəmli kəşflərin necə ortaya çıxdığını göstərir. Xüsusilə də, bulaqların əsaslı şəkildə kəşf edilməsi müasir Yer elminin əsas mahiyyətinin mühüm nəticəsi kimi göstərilir. Planetimizin səthi orta dəniz silsilələrində yaranmış bir qrup təbəqələrə bölünmüşdür. Yeni yerin bu asta yaradılışı ərzində həmin silsilələrdə isti lava quyuları əmələ gəlir, dəniz kənarları ayrılır və isti bulaqlar yaranır. İsti bulaqların araşdırılması 1980-ci illərin əvvəllərindən bəri sürətlə inkişaf etmişdir”./quranmocizeleri.az