İslam cəmiyyətlərinin problemlərinin kökündə həqiqətin gizlədilməsi dayanır

Cəmiyyətdə yaranan bütün ixtilafların kökündə haqqın gizlədilməsi dayanır; Əlbəttə ki, bəzi insanlar bilərəkdən bir sıra hərəkətlər edir, lakin bəzi insanlar həqiqətən də bilmədən, cahillik üzündən və bir məsələnin düzgün izah edilməməsi səbəbindən bunun əleyhinədirlər.

Elmi hövzənin ali dərəcəli ustadı Ayətullah Möhsin Fəqihi aprelin 24-də “Bəqərə” surəsinin 176-cı ayəsini təfsir edib. Onun bir hissəsini diqqətinizə çatdırırıq:

“Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər” (Bəqərə, 176).

Gizlətmək Quranın qəti şəkildə qadağan etdiyi ən böyük günahdır. Quran bunu edənləri ağrılı-acılı bir əzaba düçar olacağını bildirir. Bu ifadə cəmiyyətdə baş verən həqiqətə işarə edir. Bunun cəmiyyət üçün pis nəticələri olduğuna görə Allah onu pisləmişdir: “Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (Peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə, 174).

 

Gizlətmək üçün Allah tərəfindən bir çox zərərlər qərar verilmişdir. Bu günaha görə bu qədər fəsadların və cəzaların bəyan edilməsi belə bir sual doğurur ki, niyə haqqı gizlətmək məsələsi bu qədər mühüm və böyük günahdır? Gizlətmə məsələsinin bəzən maddi, bəzən də qeyri-maddi səbəbləri var; Məsələn, insan bir həqiqəti pula görə gizlədə bilər. Bəzən məqam və onu əldə edib saxlamaq üçün, bəzən də şöhrət və başqa məqsədlər üçün bu baş verir.

Haqtələblik bütün dinləri qəbul etmək deməkdir

Əgər bəzi insanlar haqqı dərk etməyib onu inkar edirlərsə, yaxud onu qəbul etmirlər və ya haqqın bir hissəsini qəbul edib digər hissəsini qəbul etmirlərsə, bunun səbəbi Quranı meyar götürməmələridir. Bəzi insanların, xüsusən də münafiqlərin hiylələrindən biri odur ki, insanlara təsir etmək üçün doğru ilə batili bir-birinə qarışdırırlar. Çünki onlar ancaq yalan danışsalar, bir çox insanlar onu asanlıqla qəbul edərlər. Amma yalanın doğru sözə, haqqın batilə qarışdığı zaman bütün insanlar üçün onu tanımaq çətin olur.

Ona görə də o kəs haqtələbdir ki, Quranın hamısını qəbul edirlər. Çünki bəziləri deyir ki, biz müəyyən ayələri qəbul edirik, amma başqa bir ayəni qəbul etmirik. Lakin haqq gizlədilmədiyi zaman insan bütün ayələri qəbul edir. Demək olmaz ki, mən öz aramızda “mehriban olmağı) qəbul edirəm, amma kafirlərə düşmən olmağı qəbul etmirəm; Yaxud Allahın və Rəsulunun (s) rəhmətini qəbul edirəm, amma nə günah işləsəm, axirətdə və dünyada cəzası yoxdur. Mən Allahın qəzəbini qəbul etmirəm, lakin rəhmətini qəbul edirəm./iqna