İraqda İŞİD-ə qarşı yeni əməliyyat başladıldı

İraqda İŞİD-ə qarşı yeni əməliyyat başladıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İraqda Həşdi Şabi qüvvələri İŞİD terror təşkilatı qalıqlarının təqibi üzrə əməliyyat keçirir.

Anti-terror tədbirləri Ənbar əyalətində İraq-Suriya sərhədi istiqamətində həyata keçirilir.

Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi Şabi) Ənbarda əməliyyat komandanı Qasim Müslih bəyan edib ki, bu, qisas əməliyyatıdır və orada 4 briqada iştirak edir. Məqsəd isə əl-Qəimədən “Əl-Vəlid” keçidinədək olan sərhəd zonasının, o cümlədən də İŞİD terrorçularının gizləndikləri vadininin terrorçulardan təmizlənməsidir.