İraqda 4-cü Beynəlxalq İmam Hüseyn (ə) Konfransı keçiriləcək

İraqda 4-cü Beynəlxalq İmam Hüseyn (ə) Konfransı keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Astan Müqəddəs Hüseyninin Darul-Quran ofisinin rəhbəri Şeyx Xeyrəddin Əli əl-Hadi deyib: “Dördüncü İmam Hüseyn (ə) beynəlxalq konfransı gələn çərşənbə axşamı Kərbəlada Əl-Zəhra Universitetinin Ümmü Əbiha zalında başlayacaq.

Əl-Hadi qeyd edib ki, bu konfransın keçirilməsində məqsəd Qurani-Kərimin düzgün yanaşmasını izah etmək və cəmiyyəti islah etməkdə ona əməl etmək, həmçinin Qurani-Kərimin cəmiyyəti islah etməyə dəvət etməkdə malik olduğu xüsusiyyətləri vurğulamaqdır. Qurani-Kərimin əhatəliliyinə və universallığına vurğu, müsəlmanların İslam ümmətinin müasir problemlərini dərk etməkdə təlim keçmək və yeni Quran araşdırmalarını nəzərdən keçirmək və İslam ümmətinin statusunu yüksəltmək üçün alimlər arasında tədqiqat əlaqələrini gücləndirmək bu konfransın digər məqsədləridir.

O, qeyd edib ki, elmi biliklərin artırılması və Quranşünaslıq sahəsində tədqiqatçılara tövsiyələrin verilməsi, İslam ümmətinin müasir və aktual problemlərinin Quran nöqteyi-nəzərdən araşdırılması və sosial məsələlərin müzakirəsi bu konfransın digər proqramlarındandır./iqna