Müsəlman şagirdlər elmi müsabiqədə dünya 1-cisi oldular

Müsəlman şagirdlər elmi müsabiqədə dünya 1-cisi oldular

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İranın məktəblilərdən ibarət milli komandası astronomiya və astrofizika olimpiadasında dünya üzrə 1-ci yeri tutub.

İranlı məktəblilər Gürcüstanda keçirilən 2022-ci astronomiya və astrofizika üzrə 15-ci ümumdünya olimpiadasında (IOAA 2022) birinci yeri tutublar.

Müsəlman şagirdlərdən ibarət komanda 9 qızıl və 1 gümüş medal qazanıb.

Gürcüstanın Kutaisi şəhərində keçirilən tədbirdə Mehdi Ustadməhəmmədi, Sepehr Səlamət, Məhəmməd Mehdi Əbədiya, Fərhad Əzizi Sətri, Seyid Yusif Miryusifi, Səhənd İsmayılzadə, Səhənd Əkrəmipur, Ariya Qənbəri, Ərsəm Məcd qızıl, Əlirza Əlayi Həre Dəşt gümüş medal qazanıblar.

İran adıçəkilən olimpiadada 2 komanda ilə iştirak edib. 1-ci komanda 5 qızıl medallar dünya çempionu olub. İranlılardan ibarət ikinci komandası isə 4 qızıl və 1 gümüşlə 2-ci yeri tutub.

Qeyd edək ki, sözügedən müsabiqədə 45 ölkədən olan 250 şagir iştirak edib.

Xatırladaq ki, iranlı komanda 2021-ci ildəki yarış zamanı 2 qızıl, 5 gümüş, 2 bürünc medal və 1 fəxri diplom qazanmışdı./shafaqna

Müsəlman şagirdlər elmi müsabiqədə dünya 1-cisi oldular