Son 2 sutka ərzində İranın Sistan və Bəlucistan əyalətindəki güclü toz fırtınası nəticəsində yüzlərlə insan xəsarət alıb.
Az.shafaqna.com “Tasnim”ə istinadə xəbər verir ki, bu barədə əyalətinin rəsmisi Məcid Mohebbi məlumat verib.
“Tibb mərkəzlərinə 488 nəfər müraciət edib, onlardan 64-ü xəstəxanaya yerləşdirilib, digərləri isə ambulator müalicə alıblar“, – deyə o qeyd edib.
Sistan və Bəlucistan əyalətinin Meteoroloji Xidmətinin başçısı Möhsün Heydəri bildirib ki, adıçəkilən əyalətin Zabol şəhərində küləyin qeydə alınmış maksimal sürəti saatda 94 km olub, Zəhak şəhərində isə 79 km/s./shafaqna