İranda daşqın qurbanlarının sayı 60-ı keçdi – YENİLƏNİB + FOTO/VİDEO

İranda daşqın qurbanlarının sayı 60-ı keçdi – YENİLƏNİB + FOTO/VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İranda son bir həftədə genişmiqyaslı daşqınlar nəticəsində azı 61 nəfər ölüb.

Bunu şənbə günü İran Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur deyib.

O əlavə edib ki, təbii fəlakət nəticəsində 32 nəfər itkin düşüb.

Qeyd edək ki, meteoroloqlar əhalini bazar ertəsinə qədər dağlarda və çay sahillərində gəzintidən çəkinməyə çağırır.

10:49

İranda daşqın qurbanlarının sayı 56-ya çatıb. Bundan əlavə, 18 nəfər itkin düşmüş hesab olunur.

Təbii fəlakətdən Sistan və Bəlucistan, İsfahan, Kohgiluyə və Boyer-Əhməd, Çaharmahal və Bəxtiyari, Kirman, Yəzd, Fars, Buşəhr, Semnan, Əlborz, Qəzvin, Qum, Tehran, Zəncan, Gilan, Mazandaran, Gülüstan, Xorasan, Hörmüzqan və Xuzistan əyalətləri zərər çəkib.

Qeyd edək ki, İranda günlərdir davam edən güclü yağışlar daşqınlarla nəticələnib. Ölkənin müxtəlif bölgələrində  torpaq sürüşmələri qeydə alınıb. Yollar qismən bağlanıb və buna görə də xilasedicilər zərərçəkənlərə operativ kömək göstərə bilmirlər. İnfrastruktura da ciddi ziyan dəyib. Təbii fəlakət ölkə iqtisadiyyatına da ciddi ziyan vurub. Proqnozlara görə, yaxın günlərdə İranda yağıntılar dayanmayacaq.