İqlim Dəyişikliyi Xidmətinin araşdırmasına görə, okeanların temperaturu bu həftə ən yüksək həddə çatıb

Okeanların temperaturu bu həftə rekord həddə çatıb. Bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin “Kopernik” araşdırmasında qeyd olunub.

Araşdırmaya görə, bu həftə okeanların temperaturu 20,96 dərəcə olub ki, bu da bu dövr üçün orta illik göstəricidən xeyli yüksəkdir.

Okeanlar həyati iqlim tənzimləyiciləridir. Onlar istiliyi udur, Yerdəki oksigenin yarısını istehsal edir və hava şəraitini tənzimləyir. İsti suların karbon qazını udmaq qabiliyyəti daha azdır, bu da planetin istixana qazının daha çoxunun atmosferdə qalacağı deməkdir.

Okeanların temperaturunun yüksəlməsi okeana axan buzlaqların əriməsini də sürətləndirə və dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.

İsti okeanlar və istilik dalğaları, balıq və balinalar kimi dəniz növlərini sərin su axtarışında hərəkət edərkən stresə salır və qida zəncirini pozur. Bu sahədə mütəxəssislər balıq ehtiyatlarının təsir edə biləcəyini bildirirlər./1tv.ge