Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istifadə edir

Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istifadə edir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti adlı şirkətin süni zəka alqoritmləri də var. Həmin alqoritmlər bu və ya digər fotoda əks olunmuş istifadəçinin üzünü skan edərək müəyəyn səviyyədə səhvlə onun yaşını təyin edə bilirlər. Məlumdur ki, Instagram öz platformasından 13 yaşdan aşağı uşaqların istifadə etməsini qadağan edir. Lakin fotoservis heç zaman bu faktorun nəzarətinə ciddi şəkildə yanaşmayıb. Məsələn 2019-cu ilə kimi Instagram öz platformasında qeydiyyatdan keçmiş yeni istifadəçilərdən doğum tarixlərinin qeyd edilməsini belə tələb etməyib. Lakin uşaqların təhlükəsizliklərinin təmin olunması üzrə fəaliyyət göstərən təşkilatların aktivistləri tərəfindən bu məsələyə ciddi yanaşmalarından sonra fotoservis öz istifadəçi kütləsinin daha qəliz filtrasiya üsullarından istifadə etməyə başladı.

    Hal hazırda Instagram bu və ya digər istifadəçidən yaş barəsində dəqiq məlumatın təqdim edilməsini o halda tələb edir ki, istifadəçi sosial şəbəkə daxilində öz doğum tarixini redaktə etməyə çalışsın. Belə ki, bu halda istifadəçi özünü 18 və ya daha yuxarı yaş kateqoriyasına aid istifadəçi kimi qələmə vermək istəmiş ola bilər. Dəqiq yaş məlumatının əldə edilməsi yolunda sosial şəbəkə istifadəçidən şəxsiyyət vəsiqəsinin fotosunu tələb edə bilər. ABŞ-dan olan yeniyetmələr üçün bu məsələdə iki yeni variant da mövcuddur. Belə ki, yeniyetmə istifadəçilər yuxarı yaş kateqoriyaslna aid zamin tapmalı və ya süni zəka sisteminin xidmətindən istifadə etməlidirlər. Birinci variant çərçivəsində istifadəçi 18 yaşdan yuxarı 3 nəfər zamin abunəçi tapmalıdır. Bununla belə istifadəçinin özü həmin 3 nəfər abunəçiyə də abunə olmalıdır.

Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istifadə edir

    İkinci variant çərçivəsində istifadəçiyə selfie formatlı videonun çəkilməsi və onun Yoti adlı şirkətə göndərilməsi təklif edilir. Yoti şirkətinin sözlərinə əsasən onun süni zəka alqoritmləri foto və ya videodakı şəxsin üzünü skan etməklə onun yaşını təyin edə bilirlər. Bununla belə hətta şirkət əməkdaşları da süni zəka alqoritmlərinin yekun nəticələrinin nəyə əsaslandıqlarını bilmirlər. Yoti şirkətinin alqoritmlərinin istifadəsi Britaniya hökuməti və Almaniyanın nizamlayıcı orqanları tərəfindən təsdiqlənsə də həmin alqoritmlərin nəticələri 100% dəqiq olmurlar. Buna baxmayaraq çox halda alqoritmlərin təqdim etmiş olduğu nəticələr doğru olanı əks etdirirlər. İstifadəçi yaşının təyin olunması üzrə dəqiqlik səviyyəsi skan olunan istifadəçinin real yaşından, cinsindən və dərisinin rəngindən asılıdır. Sözügedən alqoritmlərin qeydiyyatsız və pulsuz test olunmasını Yoti şirkətinin saytında reallaşdırmaq olar. Lakin şirkətin bu sisteminin həqiqətən də nə dərəcədə effektiv olduğu tam aydın deyil.