Instagram IGTV servisindən imtina edib

Instagram IGTV servisindən imtina edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Instagram etiraf edib ki, uzun videolar üçün nəzərdə tutulmuş IGTV adlı təşəbbüs o qədər də uğurlu olmayıb. Buna görə də Instagram bugündən IGTV-nin adını Instagram TV-yə dəyişir və IGTV-nin eksklüziv video formatından imtina edir. Beləliklə bundan sonra Instagram-n ana səhifəsinə yüklənən videonun xronometrjaı 60 dəqiqə təşkil edə bilər. Daha öncə bu cür imkan yalnız IGTV videoları üçün aktiv idi. Qeyd etmək laızmdır ki, IGTV 2018-ci ildə təqdim olunmuşdu və Youtube servisinin alternativ variantı kimi planlaşdırılırdı.

Bu servis istifadəçilərə uzun xronometraja sahib videoların paylaşılması və bu cür videoların izlənməsi imkanını verirdi. Lakin bu cür format o qədər də məşhurlaşmadı və üstəlik bir neçə aydan sonra TikTok servisi istifadəyə verildi. 2020-ci ildə Instagram öz əsas diqqətini qısa videolar üçün nəzərdə tutulmuş Reels servisinə yönəltmişdi. Şirkətin fikrincə Reels TikTok ilə rəqabət aparmalıdır. Nəticədə IGTV ikinci plana keçmişdi. Reels videoların müəyyən səviyyədə məşhurluq əldə etmələrinə baxmayaraq onlar TikTok-un göstəricilərindən hələ çox uzaqdırlar.