İNSANABƏNZƏR TƏBİLÇİ ROBOT NÜMAYİŞ OLUNDU – VİDEO

“Xiaomi”nin “CyberOne” insanabənzər robotu internet istifadəçilərinə musiqi qabiliyyətini nümayiş etdirib.

O, təbildə ritm tutarkən videoya çəkilib.

Kadrlarda robotun təbillərə inamla vurduğunu, həmçinin pedallardan istifadə edərək musiqinin ritminə uyğun başını tərpətdiyini görmək olar.

Qeyd edək ki, ilk “CyberOne” 2022-ci ilin avqustunda Pekin Sərgisində təqdim edilib. Cihazın parametrləri insana mümkün qədər yaxındır. Onun boyu 177 sm, çəkisi isə 52 kq-dır.

Mənbə: rbc.ru