İnsan əməlinin xüsusiyyətləri və ondan sonrakı məsuliyyətlər

İnsan əməlinin xüsusiyyətləri və ondan sonrakı məsuliyyətlər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Quranda insanın vəsfinə nəzər saldıqda anlayırıq ki, insan əməl etməyə qadir kimi təqdim edilir. Əməlin tələbləri də onun öhdəsindədir. Quranda əməl sözü və onun sinonimləri çoxdur. Amma bilməliyik ki, “əməl” “davranış”dan fərqli bir məfhumdur və bu fərq çox əhəmiyyətlidir.

Davranış əməldən daha ümumidir. Yəni bir çox davranışlarımız var, lakin bəziləri əməldir. Hər davranış əməl deyil, hər bir əməl davranış ola bilər. Davranışın xarici tərəfi var, əməl isə həm xarici, həm də daxili ola bilər. Məsələn, iman gətirmək və ya küfr etmək insan qəlbində baş verən və cəza və mükafatlandırıla bilən iki əməldir.

Əməlin əsası

Nəhayət, davranış məsuliyyət tələb etmir. lakin əməl mütləq məsuliyyət tələb edir. Bütün bədən hərəkətlərimiz davranışlardır. Lakin bəziləri ürək döyüntüsü kimi məsuliyyət tələb etmir. Bu, əməlin davranışdan fərqli olduğunu göstərir. Əgər bir davranış əmələ çevriləcəksə, onun əsasları olmalıdır ki, üç şeyi qeyd edə bilərik.

Birinci əsas mərifətdir; Bu, mənim bu davranışımda məqsədimin nə olduğunu müəyyən etmək deməkdir. Davranışların qayəsi ola bilər (müəyyən bir sonu var). Lakin hədəfi yoxdur. Dənizə axan çayın sonu var amma məqsədi yoxdur. Əməl üçün mərifət əsası zəruridir.

İkincisi, meyl və motivasiya olmalıdır. Sadəcə zehni təsvirlər, içimizdəki meyllərlə əlaqəli olmasa, motivasiya edə bilməz. Əlbəttə ki, əgər assosiasiya yaranarsa, mərifət təsviri özü də motivasiya yarada bilər. Odur ki, istək və meyl adlı ünsür insan varlığında bir şeyə nail olmaq üçün zəruridir.

Üçüncü əsas, xüsusən də münaqişələrin baş verdiyi yerlərdə iradə, seçim və qərar qəbul etmə məsələsidir. Bəzən insanlar bu işi etmək və ya o işi etmək barədə təzadda düşürlər. İnsanlarda iradə və seçim var. Ona görə də müxtəlif istəklər arasında ziddiyyət yarandıqda, bir istəyi cilovlayıb, digərini həyata keçirə bilərik. Odur ki, insanın davranışı, əgər bu əsaslara söykənirsə, əməl kimi qiymətləndiriləcəkdir.

İnsan əməli şəxsiyyət yaradır

Sonra, əməlin tələblərini nəzərə almalısınız. Əməl mövcud olduqda bir neçə xüsusiyyətə malikdir: Birincisi, onu əməl edənə aid etmək olar. Əgər əməli nisbət vermək olmasa, əməl sayılmır. Əməlin başqa bir xüsusiyyəti də odur ki, məsuliyyət gətirir. İnsan öz əməlinə görə məsuliyyət daşımalıdır. Çünki, mümkündür biz hazırlıq görüb o vəziyyətə gəlmişik. Başqa bir şey budur ki, əməl bir şəxsiyyət yaradandır. Biz özümüzü əməlimizlə qururuq və şəxsiyyətimizi formalaşdırırıq. Buna görə də əməl bizim varlığımızı formalaşdırır. Quranın Nuhun oğlu haqqında ifadə etdiyi təbirdə deyilir: “(Allah) buyurdu: Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür” (Hud, 46). Yəni bu adamın özü əməldir və özü də əməlin təcəssümüdür.

Əməl reallaşdıqda obyektiv olur və obyektiv təsir göstərir. Necə ki, günəş suyu buxarlaşdırır. Əməl həyata keçdikdə dünyada var olur. Həmçinin istər mənə, istərsə də ətraf mühitə və başqa insanlara təsir göstərir. Bu təsirlər qaçılmazdır. Əməl atılan ox kimidir və hər hansı bir yerə dəyəndə izi qalacaq.

Əməlin son xüsusiyyəti onun dinamik olmasıdır. Bu da, əməllərimizin varlığımızın məcmusunda toplanması və bir-biri ilə əlaqəli olması deməkdir. Müsbət və ya mənfi bir əməlimiz varsa, onlar birləşir və onların cəmi bizim əməli şəxsiyyətimizi yarada bilər. Onların dinamizmi onunla bağlıdır. Bizim əməllərimizin yenidən qurulması mümkündür. Deməli, bizim fəməlimizin tələbləri bunlardır.

* Tehran Universitetinin ustadı Xosrov Baqirinin “Quran və Tərbiyə” toplantısındakı sözlərindən götürülüb.