İnsan haqları təşkilatı xəbərdarlıq edib

İnsan haqları təşkilatı xəbərdarlıq edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa İrqçiliklə Mübarizə Şəbəkəsinin (ENAR) bəyanatında deyilir: “Fransanın təşkilatlarında sağçı ifratçılığın əlamətləri artıb.

Bu təşkilat, Fransada irqçilik və müsəlmanlara qarşı nifrətin və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı hücumların artmasını pisləyib.

ENAR, öz bəyanatında əlavə edib ki, Avropa Fransa hökumətinin artan bölücü diskursları və strategiyalarından narahat olmalıdır. Çünki Fransa, sağçı ifratçı ideologiyaya sahibdir, müsəlmanları və vətəndaş cəmiyyəti təşkilatlarını hədəf alır. Milli təhlükəsizlik bəhanəsi ilə mədəni cəmiyyət təşkilatları sıradan çıxarılıb və məscidlərə hücum edilib. Müsəlmanlara məxsus məktəblər və müəssisələr bağlanıb.

Bu bəyanatda Fransanın əsas mediasının da qeyri-hökumət təşkilatlarına hücum və islamofobiya yaradma prosesinə qoşulduğu vurğulanıb.

Bu təşkilat, həmçinin Fransa siyasətçilərinin Avropadakı ifrat sağçı siyasi təşkilatlarla fəal əlaqə saxladıqları barədə xəbərdarlıq edib./iqna