İnquşetiyada terror aktına hazırlaşan İŞİD tərəfdarları saxlanıldı

İnquşetiyada terror aktına hazırlaşan İŞİD tərəfdarları saxlanıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatı İŞİD-in İnquşetiyada terror aktları, o cümlədən partlayıcı qurğulardan istifadə edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlara hazırlaşan 4 tərəfdarını saxlayıb.  

Bu barədə bu gün Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərdən odlu və soyuq silahlar, əl ilə hazırlanmış partlayıcı və yandırıcı qurğular, onların hazırlanması üçün komponentlər və alətlər aşkarlanaraq götürülüb, əlaqə vasitələrində terrorçu təşkilatın üzvləri ilə cinayət niyyətlərini təsdiq edən yazışmalar da aşkar edilib./iqna