İngiltərədə tək gəzən qadınları qorumaq üçün proqram hazırlandı

İngiltərədə tək gəzən qadınları qorumaq üçün proqram hazırlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Britaniya mobil operatoru “BT Group” qadınları gəzərkən GPS izləmə sisteminə qoşulmasına imkan verəcək “Məni evə apar” tətbiqini hazırlayıb .

Bu barədə “BBC News” məlumat yayıb. İstənilən şəbəkədən daxil ola biləcək xidmətin istifadəçiləri ev telefonlarını və digər vasitələri mobil telefon tətbiqinə əlavə edə biləcəklər. İstifadəçilər sadəcə olaraq küçəyə çıxmamışdan əvvəl “888” ə sms göndərib proqramı işə salmalıdırlar. Bu sms və ya zəng xidməti izləyiciyə GPS izləməyə başlamağa imkan verəcək. Nəticədə proqram istifadəçinin təxmini səyahət müddətini hesablayaraq, təyinat yerində olmalı olduğu zaman ona zəng edəcək. Əgər cavab yoxdursa, proqram avtomatik olaraq polisə zəng edəcəkdir.

Qeyd edək ki, proqramın yaranmasına səbəb son zamanlar London küçələrində qadınların öldürülməsi faktlarının çoxalması olub./metbuat