Somalidən olan 28 yaşlı mühacir Cəvahir Roble Britaniyada futbola göstərdiyi xidmətlərə görə Britaniya İmperiyasının ordenini alan ilk qaradərili, müsəlman və hicablı qadın hakimdir.
Futbola olan marağı və müsəlman qızları idmanla məşğul olmağa təşviq etməsi onun 2013-cü ildə qızlar üçün Middlesex FA Qadınlar Liqasını qurmaq üçün 300 funt sterlinq qrant almasına səbəb oldu. O, futbol hakimliyi sahəsinə 2017-ci ildə qədəm qoyub.
Builki siyahıda Ukraynadan olan qaçqın uşaqlara və ailələrə kömək etdiyinə görə Britaniya İmperiyasının ordeni almış Louenna Hud da var. O, müharibə şəraitində olan Ukraynadan qaçan insanlara kömək etmək üçün 170 min funt-sterlinqdən çox pul yığa bilib.
Hər il Yeni il ərəfəsində Britaniya hökuməti Yeni İl Fəxri Siyahısı adlı siyahı açıqlayır. Bununla da, xidmətlərinə görə qürurlandıran insanları təltif edir.
Bu şəxslər ictimai xidmət, gənclərin cəlb edilməsi və ictimai fəallıq da daxil olmaqla bu kimi sahələrdə görkəmli töhfələrinə görə mükafatlar alırlar./iqna