İmam Rzanın (ə) dini mübahisələrindən beş dərs

İmam Rzanın (ə) dini mübahisələrindən beş dərs

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İmam Rzanın (ə) dini rəhbərlərlə mübahisələrində ibrətamiz dərslər və məqamlar var. Ayətullah Məkarim Şirazinin qələmə aldığı “İmam Rzanın (ə) başqa din və məzhəb ardıcılları ilə tarixi mübahisələri” kitabında bununla bağlı beş məqam qeyd olunub ki, onun bəzi hissələri belədir:

İmam Əli ibn Musər-Rzanın (ə) mübahisələri tarixi və keçmişə aid məsələlər deyil. Daha doğrusu, o, İslamı qorumaq baxımından bu gün və hər bir zaman üçün mühüm və çox mükəmməl bir nümunədir.

O vaxt informasiya vasitələri indiki qədər geniş deyildi. Amma İmam (ə) Məmunun sarayının mübahisə məclislərindən o dövrün ən təsirli kütləvi informasiya vasitələrindən biri kimi istifadə edirdi. Çünki bu görüşlərin xəbəri o dövrün şərtlərinə görə bütün İslam ölkələrinə yayılırdı. Bu yolla İmam (ə) təkcə o dövrün hökmdarının hiylələrinin qarşısını almırdı. Həqiqətdə, o dövrün İslam cəmiyyətini azğınlıqdan xilas edirdi.

Onun müxtəlif məktəblərin ardıcılları ilə rəftarının keyfiyyəti bir çox cəhətdən bizim üçün ibrətamiz və ruhlandırıcıdır; O cümlədən:

1-İslamın başqa məzhəb ardıcıllarına münasibəti hər şeydən əvvəl məntiqli olmalıdır. Müsəlmanlara qarşı müharibə tətbiq etməyənə qədər əllərinə silah götürməməli, məntiq və istidlala göz yummamalıdırlar.

2- İslam məntiqinin gücü o qədər böyükdür ki, başqa məzhəblərin məntiqindən heç qorxmur. Bu səbəbdən, İslam tarixində onların hamısına öz fikirlərini yaymaq, cavablarını eşitmək üçün geniş imkanlar yaradılıb.

3- İslam alimləri hər zaman bütün məktəb və dinlərdən xəbərdar olmalı və onlarla öz məntiqləri ilə danışa bilməlidirlər. İslamın digər məktəblərə üstünlüyünü sübut etməlidirlər.

4- İslam alimləri arasında xarici dilləri bilənlər olmalıdır ki, bəzən məlumatsızlıqdan, bəzən də şəxsi motivlərlə məsələləri təhrif edən tərcüməçilərin vasitəçiliyi olmadan lazım gəldikdə başqa dillərdə olan insanlarla danışa bilsinlər.

5- İslam alimləri dünyada mövcud olan kütləvi informasiya vasitələrindən maksimum yararlanmalı və İslamın səsini və Quran təlimlərini bütün aləmlərə yaymalıdırlar.