İmam Hüseynin (ə) qiyamı zülmə qarşı azadlıq və ədalət inqilabı idi

İmam Hüseynin (ə) qiyamı zülmə qarşı azadlıq və ədalət inqilabı idi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İraq prezidenti Bərhəm Saleh cümə günü axşam İmam Hüseynin (ə) Ərbəini münasibətilə bir bəyanat yayaraq, İraq xalqına, İslam ümmətinə və Nəcəf Əşrəfin mərcə-təqlidlərinə səmimi başsağlığı verib.

Bu bəyanatda deyilir: İmam Hüseynin (ə) qiyamı zülmə qarşı azadlıq və ədalət inqilabı idi və olacaqdır. Beləliklə, İmam (ə), Əhli-beyt (ə) və onun səhabələri bizə böyük bir dərs versinlər ki, onun təsiri müxtəlif dövrlərdə rezonans doğursun. Odur ki, zülm və üsyana qarşı islahat və dəyişiklik inqilabı qaçılmazdır.

Sonda İraq prezidenti deyib ki, Kərbəlaya doğru gedən milyonları salamlayıram. Ora ən gözəl insani dəyərlərin təcəssüm olunduğu məkandır. Həm də ölkənin müxtəlif yerlərindən İmam Hüseyn (ə) zəvvarlarına xidmət edən könüllülərə salam göndərirəm. Onlar əsl İraq qonaqpərvərliyinin canlı təcəssümüdür. Bu milyonluq toplantının qorunmasında məsul olan qəhrəman təhlükəsizlik qüvvələrimizə də salamlarımı göndərirəm./iqna