İmam Hüseynə (ə) görə üzlərə axan göz yaşı

İmam Hüseynə (ə) görə üzlərə axan göz yaşı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Atam (yəni Əli ibni İbrahim), İbrahim ibni Haşimdən, o da İbni Məhbubdan, o da Əla ibni Rəzindən, o da Məhəmməd ibni Müslimdən. Bunun sənədləri fəqih üçün qovğadır, onda icma səhabələrindən iki nəfər vardır, səhihliyin son dərəcəsindədir. Hədisin mətni belədir:

Əbu Cəfər (əleyhissalam) buyurur ki, Əli ibni Hüseyn (əleyhissalam) buyurardı:

عَنْ أَبِي جَعْفَرٍ(ع) قَالَ كَانَ عَلِيُّ بْنُ الْحُسَيْنِ(ع) يَقُولُ‏ أَيُّمَا مُؤْمِنٍ دَمَعَتْ‏ عَيْنَاهُ‏ لِقَتْلِ‏ الْحُسَيْنِ‏ بْنِ عَلِيٍّ دَمْعَةً حَتَّى تَسِيلَ عَلَى خَدِّهِ بَوَّأَهُ اللَّهُ فِي الْجَنَّةِ غُرَفاً يَسْكُنُهَا أَحْقَاباً

“Hər bir möminin gözləri Hüseyn ibni Əlinin qətlinə görə bir damcı yaş axıtsa və göz yaşları üzünə axsa, Allahın Özü – nəinki Cəbrəil və ya Mikail – ona mənzil verəcəkdir.” Harada? “Cənnətdə yer verəcəkdir ki, orada uzun illər məskunlaşsın.”
Əgər onun şəhadətində mömin şəxsin gözündən bir damcı yaş çıxsa, onun savabı budur. Bu necə bir məqamdır?

Göz yaşının fəzilətini inkar edənlər “Kövsər” hovuzundan məhrumdurlar

Böyük və dahi alim mərhum Əllamə Məclisi böyük şəxsiyyətli alimlərin bəzisindən belə nəql edir: Biz İmam Riza (əleyhissalam)-ın hərəminin yanında idik. Aşura günü bir neçə nəfər bir yerə yığışdıq və məqtəl oxumağa başladıq. – Yaxşı-yaxşı qulaq asın, bu cəfəngiyatları camaat arasından yığışdırın! – Sənədi səhih olan bu rəvayətə gəlib çıxdıq. O məqtəldə deyilirdi: “Əgər Seyyidüş-şühəda (əleyhissalam)-a matəmdə bir şəxsin gözü milçəyin qanadı qədər islansa, onun bütün günahları bağışlanar, وَ لَوْ كَانَتْ‏ مِثْلَ‏ زَبَدِ الْبَحْر hətta (günahları) dəryaların köpüyü qədər olsa belə.”  Əllamə Məclisinin təbiri belədir: Bizimlə olanlardan biri alimlik iddiası etsə də, mürəkkəb cəhalətdə idi – belə adamların oxşarı hazırda çoxdur – o, başını qaldırıb bu hədisi inkar etdi və dedi: “Bu hədis əql ilə uyğun gəlmir!” Məclisdəki alimlər onunla mübahisə apardılar, lakin o, qane olmadı. Sonra məclis dağılışdı. Hədisi inkar edən şəxs həmin gecə evinə gedib yatır, yuxuda görür ki, Qiyamət başlanıb, eynilə ayə və rəvayətlərdə deyilən dəhşət və qovğa ilə. Bu zaman özündə şiddətli susuzluq hiss etdi, sonra baxanda gördü ki, bir hovuz vardır, nə əvvəli görünür, nə də axırı. Başa düşdü ki, bu hovuz “Kövsər” hovuzudur. Susuzluqdan hovuza pənah apardı. Gördü ki, onun yanında qara paltar geymiş üç nəfər vardır: ikisi kişidir, biri qadın. Soruşdu ki, bunlar kimdir? Dedilər ki, onun biri Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih), qara paltar geyən ikinci kişi Əmirəl-möminin Əli (əleyhissalam), o qara paltarlı qadın isə Fatimeyi-Zəhra (əleyha salam)-dır.

Höcət bu cür tamam olur. Soruşdu: Nə üçün bunlar qara geymişlər? Dedilər: “Məgər bilmirsən ki, Hüseynin Aşurasıdır?!” Özü gəlib yaxınlaşdı, dünya xanımından istədi ki, ona bir içim su versin. Həzrət Fatimeyi-Zəhra (əleyha salam) ona baxıb buyurdu: “Sən həmin kəssən ki, qəlbimin meyvəsinin müsibətində ağlayanların əcr və savabını inkar edirsən?!” Əllamə Məclisi buyurur: Bu kişi vahiməli şəkildə yuxudan oyandı, qaça-qaça gəlib o alimləri tapdı, dedi: “Mənim üçün istiğfar edin ki, Allah məni bağışlasın.”

Ya Əba Əbdillah! Sən nə etdin? Səkkizinci İmamın bəyanı budur: “Həqiqətən, Hüseyn(əleyhissalam)-ın günü (müsibəti) bizim göz qapaqlarımızı (ağlamaqdan) yaraladı.” (5)

Bəzən bir nəfər ağlayır, sadəcə gözləri qızarır. Amma səkkizinci İmamın gözlərinin qapaqları (ağlamağın şiddətindən) yara bağlayır. Nə üçün? Deyiləsi mümkün deyildir. Müsibəti bəyan etmək olmur. (az.shafaqna.com)

Ayətullah Vəhid Xorasani