İlk kosmik fabrik Yer kürəsinin orbitinə 2023-cü ildə göndəriləcək

İlk kosmik fabrik Yer kürəsinin orbitinə 2023-cü ildə göndəriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kosmik fabrikin gövdəsi Rocket Lab şirkəti tərəfindən, çəkisizlik vəziyyətində istehsal üçün nəzərdə tutulacaq təchizatın və istehsal olunacaq məhsulun 60 kq-a qədər olan miqdarını Yer kürəsinə çatdıracaq kapsulun hazırlanması isə Varda Space adlı startap tərəfindən reallaşdırılacaq. Kosmik fabrikin Yer kürəsinin orbitində 2023-cü ildə yerləşdirilməsi nəzərdə tutulub. Onun Yer kürəsinin orbitinə göndərilməsi ilə SpaceX-in Falcon 9 raketi məşğul olacaq. Kosmik fabrik Yer kürəsinin orbitində 3 ay ərzində fəaliyyət göstərəcək. Varda Space kosmik fabrikdə hansı məhsulun istehsal olunacağı barəsində məlumat verməyib. Buna görə də bu məsələ ilə bağlı variantlar çoxdur.

Kosmik fabrik üçün nəzərdə tutulmuş aparat Varda Space tərəfindən hazırlanmış 3 aparatdan biridir və o, çəkisizlik vəziyyətində istehsalat üçün nəzərdə tutulmuş texnologiyaların sərgilənməsinə istiqamətlənib. İkinci və üçüncü aparatın 2024-cü ilin sonunda Yer kürəsinin orbitinə göndərilməsi planlaşdırılır. Təbii ki, bu məsələdə ilk uçuş missiyasının təcrübəsi nəzərə alınacaq. 53 milyon dollar investisiya əldə etmiş Kaliforniyanın Varda Space adlı startapı kosmik fabrikdə hansı məhsulun istehsalının planlaşdırılması barəsində dəqiq məlumat verməyib. Şirkət bildirib ki, bu, müəyyən müştəri ilə lazımi müqavilənin bağlanmasından sonra məlum olacaq.

Mümükn variantlar arasında dərman preparatlarından tutmuş bioloji orqanlar ilə yarımkeçirici məhsullar var. Startapın fikrincə çəkisizlik vəziyyəti istehsal ediləcək məhsulların yüksək keyfiyyətlərini təmin edəcək. Bundan əlavə olaraq startapın fikrincə bu bazarın potensialı çox yüksəkdir. Lakin Varda Space şirkətinin mühəndisləri qarşısında olan ən əsas problem 40-60 kq məhsulun Yer kürəsinə çatdırılması üçün nəzərdə tutulmuş kapsulun hazırlanmasıdır.

    “Faktiki olaraq məhsulun Yer kürəsinə geri qaytarılması istənilən istehsalat təchizatından daha qəliz məsələdir. Atmosfer ilə güclü zərbə bizim ən əsas problemimizdir” – deyə Varda Space qeyd edib. Şirkətin verdiyi məlumata əsasən bu missiya üçün SpaceX-in seçilməsi heç də təsadüfi deyil. Belə ki, SpaceX daha sərfəli və etibarlı təkliflərə sahibdir. Hələ bir neçə müddət bundan öncə Jeff Bezos bütün sənaye sahəsinin kosmosa daşınmasının vacibliyini qeyd etmişdi. Onun sözlərinə əsasən bunun sayəsində Yer kürəsinin çirkləndirilməsinin qarşısını almaq mümkün olacaq./technote