İLİN ƏN MƏŞHUR SÖZÜ AÇIQLANDI

Hər il ən çox işlədilən ingilis sözlərini müəyyən edən “Oxford Languages” ​​2022-ci ilin də məşhur ifadəsini müəyyən edib.

Bu dəfə səsvermə ilk dəfə olaraq akademiklər arasında yox, açıq şəkildə internet istifadəçiləri arasında keçirilib.

Sorğunun nəticəsi isə 2022-ci idə TikTok-da da məşhur olan “qoblin rejimi” ifadəsi olub.

Oksford Universitetinin nəşriyyat departamentinin nümayəndələri isə ifadənin 2022-ci il hadisələri ilə əlaqəsini izah ediblər. Onlar bildiriblər ki, ilin sözü son 12 ayın ruhunu, əhval-ruhiyyəsini və ya narahatlığını əks etdirir və bu, potensial olaraq uzunmüddətli mədəni əhəmiyyətə malik ola bilər./metbuat