İki yeni planet kəşf edildi: Biri olduqca nəhəngdir...

İki yeni planet kəşf edildi: Biri olduqca nəhəngdir…

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yapon astronomların ultra qısa orbital dövrələrə malik iki nüvəli ekzoplanetin kəşf edildiyi açıqlanıb.

Göy cisimləri TESS kosmik teleskopu tərəfindən toplanan məlumatların təhlili zamanı müəyyən edilib.

Rəsədxanalar tərəfindən aparılan müşahidələr zamanı planetlərin varlığı təsdiqlənib.

TOI-1634b və TOI-1685b adlandırılan ekzoplanetlər Günəşdən 114 və 122 işıq ili məsafədə yerləşən Persey bürcündəki ulduz sistemlərində yerləşir. Onların kütləsi və radiusu Günəşin təxminən 45%-ni təşkil edir.

TOI-1634b kütləsi planetimizin kütləsinin 10.1, radiusu isə 1.75 dəfə çoxdur. Ekzoplanet öz ulduzu ətrafında 0.98 günə dövr edir. TOI-1685b daha kiçikdir. Kütləsi Yerdən 3.4, radiusu isə 1.46 dəfə böyükdür. Öz ulduzu ətrafında 0.67 günə dövr edir.

TOI-1634b ultra qısa orbital dövrü olan ən böyük göy cisimlərindən biridir.

Hər iki planet atmosferlərinin gələcək spektroskopik tədqiqatları üçün ən uyğun hədəflər siyahısındadır./teleqraf