Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə Peyğəmbərimizin (s) vəfalı həyat yoldaşı, möminlərin anası Hz. Xədiceyi Kübranın (s.ə) vəfat ildönümü münasibəti ilə vebinar keçirilib.
Onlayn şəkildə inanclı xanımların iştirakı ilə keçirilən tədbirdə Gürcüstan, Azərbaycanan və Türkiyədən xanım natiqlərin çıxışları olub.
50 nəfərə yaxın xanımın iştirak etdiyi onlayn tədbirdə Xanımlar-xanımı Hz. Xədicənin (s.ə) məqam və şəxsiyyətindən, nümunəvi həyatından danışılıb. Xanımın simasında örnək müsəlman qadının xüsusiyyətlərinə, müasir dünyada qadınların örtük və davranış tərzlərinə toxunulub.
- Aprel 2, 2023
- 11:11 səhər
- Redactor