Hubble kosmik teleskopu Naxırçı bürcündə birləşməyə hazır 3 qalaktikanın fotosunu çəkib. Məlumatda qeyd edilib ki, birləşmə prosesi çərçivəsində qravitasiya gücü hesabına həmin qalaktikaların spiral strukturları dəyişəcək və onlar vahid böyük qalaktiya çevriləcəklər. Alimlər qeyd ediblər ki, bu, daxillərində hələ də yeni ulduzların yaranma prosesinin getdiyi 3 böyük qalaktikanın nadir birləşməsidir. Sözügedən qalaktikalar arasındakı məsafə cəmi 50 000 işıq ili təşkil edir. Bu kosmik obyektlərin miqyaslarını nəzərə alsaq, 50 000 işıq ili məsafəsi o qədər də böyük bir göstərici deyil. Müqayisə üçün qeyd etmək lazımdır ki, Süd Yolu qalaktikasına yaxın olan Andromeda adlı qalaktika Yer kürəsindən 2.5 milyon işıq ili uzaqlığında yerləşir.
- Fevral 21, 2023
- 12:15 axşam
- Redactor