Huawei şirkəti telefon zənglərini qəbul etməyə imkan verən smart dəbilqəni təqdim edib - QİYMƏTİ

Huawei şirkəti telefon zənglərini qəbul etməyə imkan verən smart dəbilqəni təqdim edib – QİYMƏTİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Huawei şirkəti Helmetphone BH51M Neo Smart Helmet adlı smart dəbilqəni təqdim edib. Onun vasitəsilə istifadəçi telefon zənglərini reallaşdıra bilə və yolda olan zaman digər insanları bu və ya digər tərəfə dönmə məqsədi barəsində məlumatlandıra bilər. Sözügedən smart dəbilqə velosiped, samokat, skeyt, diyircəkli konkilər, moped və s. kimi nəqliyyat vasitələrində səyahət zamanı istifadə üçün uyğundur. Smart dəbilqə Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışır və smartfona Bluetooth üzərindən qoşulur. Dəbilqəyə inteqrasiya edilmiş səsgücləndiricilər və mikrofon vasitəsilə istifadəçi daxil olan zənglərə cavab verə və musiqi dinləyə bilər.

Huawei şirkəti telefon zənglərini qəbul etməyə imkan verən smart dəbilqəni təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Kirin A1 prosessoruna sahib olacaq smart eynək üzərində çalışır

    Smart dəbilqənin həm arxa həm də ön tərəfində diod işıqları mövcuddur. Həmin diod işıqları istifadəçini digər insanlar tərəfindən görməyə imkan verirlər. Dəbilqə qravitasiya sürətlənməsi sensoru ilə birlikdə çalşır. Məsələn istifadəçi nəqliyyat vasitəsində əyləc prosesini reallaşdıran zaman dəbilqənin diod işıqları yanmağa başlayırlar. İstifadəçi nəqliyyat vasitəsilə hər hansı istiqamətə dönən zaman isə dəbilqə müvafiq siqnalı ətrafdakılar üçün əks etdirir. Dəbilqənin bütün funksiyalarının ayarlanmasını və onun enerji səviyyəsinin izlənməsini xüsusi mobil tətbiqdə reallaşdırmaq olar. Sözügedən smart dəbilqə Çində artıq satışa çıxıb və 125$ qiymətində satılır. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir./technote