Huawei şirkəti Çində avtomobillər üçün nəzərdə tutulmuş yeni təhlükəsizlik yastığı sistemini patentləşdirib. Patent sənədlərində sərnişin bədəninin vəziyyətindən asılı olaraq açılacaq təhlükəsizlik yastığının tənzimlənməsi sistemi əks olunub. Məlumata əsasən bu təhlükəsizlik yastığı sistemi sərnişinin bədən vəziyyətinin təyini sistemindən ibarətdir. Təhlükəsizlik yastığı açılmaq əmrini aldığı zaman o, ikinci sistemdən sərnişin bədəninin hansı pozada olması məlumatını tələb edir və təhlükəsizlik yastığını elə şəkildə açır ki, həmin anda sərnişinin bədən vəziyyəti üçün daha optimal olsun. Məsələn avtomobil səyahəti zamanı öndə əyləşən sərnişin bəzən salondakı ön panelə daha çox əyilmiş olur. Bu halda təhlükəsizlik yastığının açılması əksinə sərnişinə zərər yetirə bilər.
- İyun 28, 2023
- 8:37 səhər
- Redactor