HİNDİSTANDAKİ KƏNDLƏRİN BİRİNDƏ 18 YAŞINA ÇATMAMIŞ ŞƏXSLƏRİN SMARTFONLARDAN İSTİFADƏSİ RƏSMİ ŞƏKİLDƏ QADAĞAN EDİLİB

Dünyanın bir çox ölkəsində rəqəmsallaşma mövzusunda daha çox müzakirələrin aparıldığı bir vaxtda Hindistanın Bansi adlı kəndində yerli orqanlar 18 yaşına çatmamış uşaqlara və yeniyetmələrə smartfonlardan istifadəni qadağan ediblər. Kənd birliyinin üzvləri uşaqlara smartfonlardan istifadəni tamamilə qadağan ediblər və onlar bildiriblər ki, bu qərarı həmçinin valideynlər də dəstəkləyiblər. Bu mövzuda 18 yaşına çatmamış şəxslərə səsvermə imkanının təqdim edilib-edilməməsi məlum deyil. Lakin çox güman ki, bu, baş verməyib.

    Bu qərarın qəbul edilməsinin əsas səbəbi smartfonlardan olan asılılıqdır. Bu asılılıq xüsusi olaraq COVID-19 pandemiyası çərçviəsində özünü daha çox göstərib. Uşaqlar öz vaxtlarının çox hissəsini mobil oyunlar oynamaqla, internetdə videolara baxmaqla və müxtəlif veb resurslardan istifadə etməklə keçirdiblər. Məlumatda qeyd edilib ki, qəbul edilmiş qərarın hansısa şəxs tərəfindən pozulduğu halda həmin şəxs 200 rupi (3$) dəyərində cərimə ödəməli olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, qanunun ilk pozuntusu halında cərimə tətbiq edilməyəcək. İlk pozuntu halında sadəcə olaraq profilaktik söhbətlər aparılacaq.