Hindistanda Məhəmməd peyğəmbəri (s) təhqirə görə etirazlarda ölənlər var

Hindistanda Məhəmməd peyğəmbəri (s) təhqirə görə etirazlarda ölənlər var

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistanın Çarkhand ştatının Rançi şəhərində hakim “Bharatiya Janata” partiyasının (BJP) rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd peyğəmbərlə bağlı qalmaqallı şərhləri ucbatından ötən sutka ərzində azı iki nəfər ölüb, 10 nəfər yaralanıb.

İğtişaşlar cümə günü namazdan sonra başlayıb. Etirazçılar partiyanın sözçüsü Nupur Şarmanın küfr etdiyinə görə dərhal həbs olunmasını tələb edirlər.

Kütləvi çıxışlar Yeni Dehli, Moradabad, Prayaqraj, Saharanpur və digər şəhərlərdə də baş tutub. Polis Kanpur, Laknau və Firozabadda təhlükəsizliyi gücləndirib. Birlik ərazisi olan Cammu və Kəşmirin səlahiyyətliləri bir sıra şəhərlərdə interneti bağlamaq qərarına gəlib, bəzi rayonlarda komendant saatı tətbiq edilib.

Hindistanda qalmaqal partiyanın sözçüsü Şarmanın keçən həftə milli televiziyada debat zamanı Məhəmməd peyğəmbərlə bağlı şərhindən sonra başlayıb. Onun sözləri Hindistanda və bir çox müsəlman dövlətlərində etirazlara səbəb olub. Şarma dayandırılıb, partiyanın gənclər qanadının üzvü Harşit Şrivastava isə Məhəmməd peyğəmbərlə bağlı dindarlar tərəfindən təhqir kimi qəbul edilən tvitlər yazdığına görə saxlanılıb. Hindistan hökuməti və BJP bu bəyanatlarla bağlı şərh verməyib.