Hindistanda məbəd faciəsində qurbanların sayı kəskin artdı

Hindistanın Madhya-Pradeş ştatının İndore şəhərində məbədin çökməsi nəticəsində ölənlərin sayı artaraq 35-ə çatıb, bir nəfər isə itkin düşmüş hesab edilir.

Daha əvvəl isə səkkiz nəfərin ölməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, ötən gün məbəddə altı quyu olan hissə ağırlıqdan üzərindəki insanlarla birgə çöküb./oxu.az