Hindistanda daşqınlar onlarla insanın həyatına son qoyub - VİDEO

Hindistanda daşqınlar onlarla insanın həyatına son qoyub – VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistanın şimal-şərqindəki Assam və Meqalaya ştatlarında daşqınlar nəticəsində azı 31 nəfər ölüb.

Belə ki, günlərlə davam edən güclü yağışlar Brahmaputra çayında suyun səviyyəsinin qalxmasına səbəb olub, bu isə daşqınlarla nəticələnib.

İlkin məlumata görə, Assam ştatında torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 12 nəfər, Meqalayada isə 19 nəfər həlak olub.

Qeyd olunur ki, daşqın üç minə yaxın kəndin su altında qalmasına səbəb olub. Üç gün ərzində bu bölgələrə 800 mm-dən çox yağıntı düşüb.

Ümumilikdə 1,9 milyona yaxın insan fəlakət zonasında qalıb.

Meteoroloqların məlumatına görə, Hindistanın şimal-şərqində güclü yağışlar yaxın günlərdə də davam edəcək.

Mənbə: NDTV