HANSI XƏSTƏLƏR TƏYYARƏ İLƏ SƏYAHƏT EDƏ BİLMƏZ? – CAVAB

Ürəyində tromboz, varikoz kimi xəstəliyi olan insanların təyyarə ilə səyahət etməməsini məsləhət görürlər.

Maraqlıdır, görəsən həqiqətən də ürək xəstəsi olan insanlar təyyarə ilə səyahıət etməməlidir?

İstinadən məlumatına görə, Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi, həkim Roman Qorenkov bildirib ki, ürəkdə xəstəliklər, tromboz, varikoz olanlar üçün təyyarə uçuşları təhlükəsiz deyil.

Onun sözlərinə görə, təyyarə ilə uçuşların orqanizm üçün stress yaratdığını bildirib:

“İnsan uzun saatlar oturaq vəziyyətdə, yüksək atmosfer təzyiqində qalır. Xroniki ürək-damar problemləri olanlar üçün bu potensial təhlükə ola bilər. Ürək damarları tutulması, yüksək təzyiq, varikozu, trombozu olanlarda uçuşdan əvvəl və sonra ümumi vəziyyət nəzarət altında olmalıdır. Bir neçə saat ayaqların qatlanmış vəziyyətdə qoyulması tromb əmələ gəlməsinə səbəb ola bilər. Varikoz və qan qatılığı olan xəstələr uçuşdan əvvəl tromba qarşı antikoaqulyant qəbul etməlidir”.

Həkim həmçinin qeyd edib ki, yaşlı kişilərdə prostat adenoması varsa, onlar üçün də təyyarədə uçmaq risklidir:

“Təyyarədə uzun müddət oturmaq qan dovranını pozur və prostat problemi artır. Bu kişilər uçuşdan əvvəl və təyyarədə maye qəbul etməməlidir. Eşitmə, tənəffüs və ürək-damar problemi olanlar üçün uçuş hər zaman risklidir. Onlar hər uçuşdan sonra mütləq yoxlanmalıdır”./big