Hacı Ramin İgidov: "Növündən asılı olmayaraq bütün qumar oyunlarının tamamilə qadağan olunması daha təqdirəlayiq hal hesab olunardı"

Hacı Ramin İgidov: “Növündən asılı olmayaraq bütün qumar oyunlarının tamamilə qadağan olunması daha təqdirəlayiq hal hesab olunardı”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Bütün Gürcüstan Müsəlmanları İdarəsi”nin Şeyxi Hacı Ramin İgidov İrakli Qaribaşvilinin onlayn kazinolara vergi qoyulması, reklamının qadağan edilməsi və istifadəçilərin yaşının 25-ə qaldırılması təşəbbüsünə münasibət bildirdi. İgidovun “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, hökumətin onlayn kazinolarla bağlı məhdudiyyət qərarı müsbət haldır və bu təşəbbüsü təqdirəlayiq hesab edir.

“Əlbəttə növündən asılı olmayaraq bütün qumar oyunlarının tamamilə qadağan olunması daha təqdirəlayiq hal hesab olunardı. Belə zərərli vərdişlər halına çevrilən oyunlar gənclərimizi elmi inkişafdan, təhsilə bağlılıqdan ayırmaqla müsbət işlərdən, əmək və peşədən uzaqlaşdırır. Həyatda çalışmanın əhəmiyyətini itirməklə, onlara sosial və psixoloji zərbə vurur”.

Ramin İgidovun sözlərinə görə, İslam dinində qumar oyunları haram hesab olunur.

“İslam dini qumarın ən kiçik həddini belə haram hesab edərək Qurani-Kərimin ifadəsi ilə desək, şeytan əməli olan murdar işlər hesab edir. Ona görə də pis vərdişlərin qadağan olunması ölkəmizin və vətəndaşlarımızın islahı və inkişafına gətirib çıxaracaqdır”.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili 22 noyabr tarixində onlayn kazinolara verginin qoyulması, reklamının qadağan edilməsi və istifadəçilərin yaşının 25-ə qaldırılması təşəbbüsü ilə çıxış edib. O, bununla yanaşı növbəti mərhələdə onlayn kazinoların tamamilə qadağan edilməsini təklif edib.