Biri gənc ölür, digəri isə həddindən artıq qocalsa qda uzun illər yaşamağa davam edir. Biri qəflətən var-dövlətini itirib yoxsulluğa düçar olur, digəri isə Allaha qovuşmaq üçün canını fəda edir.
Bunlar həyatın insanı həmişə təəccübləndirən və bu hadisələrin hər birinin baş verməsində kimin məsuliyyət daşıdığı sualı ilə üzləşməsinə səbəb olan çox kiçik nümunələrdir?
Quran bu sualın cavabını çox açıq şəkildə verir:
“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən kimsəyə dünya mənfəətindən, axirət savabı istəyən kimsəyə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!” (Ali-İmran, 145).
Çox diqqətəlayiq məqam odur ki, Allah ölümü Allahın əlində olan bir məsələ kimi görür. Lakin insanın taleyini və səadətini insanın əməlindən asılı olaraq təqdim edir. Həmçinin vurğulayır ki, insan nəyin arxasınca gedirsə, Allah da onu onun həyatında qərar verir.
Bu ayənin mənası üzərində düşünmək varlığımızla bağlı qarşılaşdığımız suallara cavab almağa kömək edir; Biz həyatda ixtiyar sahibiyik, yoxsa başqa insanlar bizim taleyimizi müəyyən edir.
Bu ayənin mesajları Nur təfsirində
1_ Müharibədən qaçmaqla ölümdən qaça bilməzsən.
«انْقَلَبْتُمْ عَلى أَعْقابِكُمْ … ما كانَ لِنَفْسٍ»
2_ Ölüm bizim əlimizdə deyil, «وَ ما كانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ», amma iradə və hədəfi təyin etmək öz əlimizdədir. «وَ مَنْ يُرِدْ …»
3_ İndi ki, dünya və axirət qarşımızdadır, gəlin əbədiyyət yolunu və Yaradanın rizasını seçək. «مَنْ يُرِدْ … نُؤْتِهِ مِنْها»
4_ Hər növ motivasiya və hərəkətin xüsusi bir təsiri var. Hər bir yola addım atsaq, müəyyən bir hədəfə çatacağıq.
«مَنْ يُرِدْ ثَوابَ الدُّنْيا … وَ مَنْ يُرِدْ …»
İqna.ir