HƏKİMLƏR BRYUS Lİ’NİN 32 YAŞINDA ÖLÜM SİRRİNİN ÜSTÜNÜ AÇIB

“The Sun” nəşrinin məlumatına görə, o zaman patoloji-anatomik müayinə gostərib ki, kunq-fu ustasi beyin ödemindən dunyasini dəyişib.

O zaman tibb işciləri bunu onunla izah ediblər ki, aktyor ağrıkəsici qəbul edib.
Bu zaman pərəştişkarlar arasında belə şayiələr gəzib ki, Brus Li Çin qansterləri tərəfindən öldürülüb və ya qısqanc məşuqu tərəfindən zəhərlənib. Kimse hesab edib ki, o, cadugər tərəfindən lənətlənib.
Lakin indi həkimlər Brus Linin ölum şəraitini oyrəndikdən sonra bu nəticəyə gəlib ki, o, hiponatrium zamanı çoxlu miqdarda maye qəbul etməsindən ölə bilərdi.
Bu, elə bir vəzyyətdir ki, natrium ionlarının qanın plazmasında miqdari 135 mm/l-dən aşaği olur.
Müəyyən hallarda bu, suyun qan plazmasından orqanizmin, o cumlədən beyin huceyrələrinə yerdəyişməsinə gətirib çıxarır.
Bu zaman insan başgicəllənənmə hiss edir, fikir dağınıqlığı yaranır, sonradan süstlük və koma baş verir.
“Başqa sözle desek, biz güman edirik ki, böyrəklərin əlavə suyu çıxara bilməməsi Bryus Lini öldürüb”.
“Clinical Kidney Journal”  jurnalının təqiqatcılarının yazdığına görə, həkimlər güman edir ki, idmanci və aktyorun bu vəzyyətinə susuzlugu gucləndirən marixuana qəbulu səbəb olub.
Bundan başqa o, böyrəklərin işini pisləşdirən bəzi dərmanlari qəbul edib və bunu alkoqol ilə uzlaşdırıb. Bunu isə qəti etmək olmaz.
Aktiyor “Şeytanin çıxışı” filiminin premyerasından bir necə həfte oncə vəfat edib. Bu film kun-fu haqqinda Qərbin ilk boyuk filmi olub./moderator