Gürcüstanın Müdafiə Nazirliyi çap etdiyi Qurani-Kərimin tərcüməsini əsgərlərə təqdim edib

Gürcüstanın Müdafiə Nazirliyi çap etdiyi Qurani-Kərimin tərcüməsini əsgərlərə təqdim edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın Müdafiə Nazirliyi Gürcüstan ordusunda xidmət göstərən müsəlman əsgərlərə cib kitabı şəkilində gürcücə Quranın tərcüməsini təqdim edib.

Oxuinfo.com xəbər verir ki, qərbi Gürcüstanın Senaki hərbi bazasında İlahi kitabın təhvil verilmə zamanı Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan Müftisi və bir neçə din xadimləri iştirak edib. Görüş zamanı öncə Qurani-Kərimdən ayələr tilavət edilib, sonra Mufti hərbi qulluqçulara xütbə edib və xeyir-dualarını çatdırıb. Qarşıdan gələn Ramazan ayı münasibəti ilə də təbrik edib.
Bütün Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Gürcüstan Müdafiə Nazirliyinin  belə önəmli və dəyərli təşəbbüsündən dolayı təşəkkür edir. Allahdan ölkəmizin  bolluq və firavanlığı ilə birgə ərazi bütövlüyünün bərpasını diləyir.