Gürcüstanın baş naziri Tbilisi Cümə Məscidində olub

Gürcüstanın baş naziri Tbilisi Cümə Məscidində olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik etmək üçün Tbilisi Cümə məscidində olub.

O müsəlmanları bayram münasibəti ilə təbrik edib xoş arzularını çatdırıb. O sözlərində Qurban bayramının xeyirxahlıq və yardımlaşma kimi dəyərlərə zəngin olduğunu bildirib. Belə günlərdə bir arada olmağı qardaşlıq, səmimiyyət və dostluğun inkişafı baxımından vacib hesab edtiyini dilə gətirib.
Sonra Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Qərbi Gürcüstan üzrə müftisi Hacı Adam Şantadze, Şərqi Gürcüstan müftisi Etibar Eminov çıxış edib.
Müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edən şeyx və müftilər ölkəyə və dünyaya sülh, firavanlıq və xoş gələcək arzulayaraq, müsəlmanların bu günlərdə kəsdikləri qurbanların və edilən dua və ibadətlərin qəbulunu uca Allahdan diləyiblər. Çıxış edən dini rəhbərlər dövlət başçısının bayam günlərində müsəlmanları təbrik etmək üçün ənənəvi hal alaraq məscidə gəlməsini sevinclə qarşıladıqlarını söyləyiblər. Dövlətin göstərdiyi diqqət və qayğıdan dolayı hökümət başçısına minnətdarlıqlarını bildiriblər. Dini sahədə mövcud olan müəyyən problemlərin məhz Baş nazirin göstərişi əsasında həllini tapacağına ümidvar olduqlarını vurğulayıblar.
Tədbirdə Ruhanilərlə birgə Azərbaycan, İran İslam Respublikası, Türkiyə və Kazakıstan səfirliyinin nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.