Gürcüstanın baş naziri ölkə müsəlmanlarına iftar süfrəsi təşkil edib(Foto)

Ötən​ axşam ölkənin Baş naziri​ İrakli Qaribaşvili müsəlmanlarla iftar süfrəsi ətrafında bir araya gəlib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx, müftilər və ruhanilərlə yanaşı ictimaiyyət xadimləri, dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirlikləri iştirak edib.

Çıxışı zamanı​ ölkə müsəlmanlarını mübarək Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edən hökümət başçısı “İftarın qeyd edilməsi bizim birliyimizin, qardaşlığımızın və dostluğumuzun daha bir sübutudur. Bilirsiniz ki, biz bir-birimizin inancına, adət-ənənəsinə, mədəniyyətinə xüsusi hörmətlə yanaşırıq. Bu, bizim hamımızın fəxr etdiyimiz bir xəzinədir. Bu, atalarımızdan bizə qalan mirasdır. Ona görə də hər zaman bu irsi, bu​ dəyərli ənənıni​ qoruyub saxlamağa, möhkəmləndirməyə və gələcək nəslə ötürməyə borcluyuq” deyə bildirən hökümət başçısı Gürcüstanın​ tarixən dinc, dini sabitlik, ölkəsi və tolerantlıq mərkəzi​ olduğunu söyləyib.

İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Adəm Şantadze, şərqi Gürcüst​ üzrə​ müftisi Etibar Eminov​ çıxış edərək Ramazan ayında ənənəvi iftara təşkil etməklə​ müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə minnətdarlıqlarını bildiriblər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzulayıblar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını diləyiblər.