16 Oktyabrdan etibarən Gürcüstanda ölkə daxilində qripə qarşı vaksinasiyaya başlanılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəliyin ağırlaşma riski yüksək olan risk qrupları üçün qrip virusuna qarşı peyvənd tamamilə pulsuzdur.
“Hökumətin immunlaşdırma proqramı çərçivəsində Səhiyyə Nazirliyi ÜST tərəfindən tövsiyə edilən və qrip mövsümündə dövriyyəyə buraxılması gözlənilən ştamlara uyğunlaşdırılmış 200 min doza Abbott Biologicals B.V. dördlü peyvəndi alıb. Riskli vətəndaşların peyvənd edilməsi immunizasiya xidməti göstərən müəssisələrdə mümkün olacaq.
İmmunlaşdırma xidmətləri göstərən müəssisələrin siyahısı ilə bu linkdən tanış olmaq olar”, – Gürcüstan Səhiyyə Nazirliyi bildirir.