Gürcüstanda taksi sürücüləri ilə bağlı yeni qərar

Gürcüstanda taksi sürücüləri ilə bağlı yeni qərar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Parlament taksi sürücülərinə nəqliyyat zolağında hərəkət etməyə və xüsusi yerdə dayanmağa imkan verən qanunvericilik dəyişikliklərini qəbul edib.

Deputatlar “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşla, 81 səslə qəbul ediblər-bu barədə parlamentin mətbuat xidməti məlumat yayır.

“Parlament “Yol hərəkəti haqqında” qanuna ediləcək dəyişiklikləri üçüncü oxunuşla müzakirə edərək 81 səslə qəbul edib, dəyişikliklərə əsasən taksi sürücülərinə, marşrut nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqda xüsusi olaraq ayrılmış yerdə sərnişinləri mindirmək və ya endirmək üçün hərəkət etməyə və ya dayanmağa imkan verilir.

Qanunlayihə, səkidə və ya piyada cığırında dayanma halında, nəqliyyat vasitəsinin xüsusi mühafizə olunan avtodayanacağa aparılmasını müəyyən edir”-deyə məlumatda qeyd olunub./1tv.ge