Gürcüstanda Qarabağ və Kərbəla şəhidlərinin adına ehsan verilib

Gürcüstanda Qarabağ və Kərbəla şəhidlərinin adına ehsan verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin maddi dəstəyi və Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həm ehsan süfrələri açılıb, həm də ehsanlar paylanıb. Bu barədə 24News.ge xəbər portalına Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib. O bildirib ki, bu təşəbbüs Hacı Allahşükür Paşazadə tərəfindən olub:

“Bu təşəbbüs Gürcüstana səfəri zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadə tərəfindən olub. Biz ayrılan vəsaitlə azərbaycanlıların yaşadığı ümumilikdə paytaxt da daxil olmaqla 12 regionda (Tbilisi, Rustavi, Qardabani, Kaspi, Msxeta, Marneuli, Bolnisi, Dmanisi, Laqodexi, Saqareco, Ağbulaq və Calqa) ehsan süfrəsi təşkil etdik. Allahdan bu ehsanların qəbul olmasını diləyirik! Təşəbbüsə görə Qafqaz Müsəlmanları İdarəsinə və təşkilində zəhməti çəkən ruhanilərimizə təşəkkür edirik”, – deyə H. Ramin İgidov bildirib.

Şeyx onu da əlavə edib ki, Gürcüstanda Məhərrəmlik məclislərində ölkə və dünyada sülh və sağlamlıq üçün dualar edilir. Həmçinin Kərbəla şəhidləri ilə birgə Qarbağ şəhidlərinin də ruhlarına dua və Quran oxunur. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqdim olunan ehsanların verilməsi davam etdirilir./24news.ge