Gürcüstanda daşınmaz əmlak satışları kəskin artıb

Gürcüstanda daşınmaz əmlak satışları kəskin artıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sentyabrın 18-də “Colliers Georgia” konsaltinq şirkəti Tbilisidə lüks mənzillərin satışında kəskin artım olduğunu bildirib.

Təşkilatın mətbuat xidmətindən verilən xəbərə görə, bu göstərici il ərzində 153% artıb.

Qeyd olunur ki, Tbilisidə mənzil alqı-satqı əməliyyatlarının ümumi sayı ötən ilin avqust ayı ilə müqayisədə 26% artıb. Belə ki, 2022-ci ilin avqust ayında ümumilikdə 3689 əməliyyat həyata keçirilib.

Bununla yanaşı, bazarın həcmi 190 milyon dollara qədər artıb ki, bu da ötən illə müqayisədə 44% çoxdur.

Satışların sayında ən böyük artım yeni mənzillər sektorunda müşahidə olunur. Bu artım avqustda ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% təşkil edib.

Eyni zamanda, təkrar bazarda əməliyyatların sayı da 10% artıb.

Həmçinin, paytaxtda ötən ilin avqust ayı ilə müqayisədə mənzillərin orta qiyməti 12-13% yüksəlib.

Mənbə: rossaprimavera.ru