Gürcüstanda çempionat: 42 ölkədən 700 idmançı iştirak edəcək

Fevralın 16-dan Daba Bakuriani dünyanın cazibə mərkəzinə çevriləcək. Ölkəmiz tarixdə ilk dəfə fristayl, snoubord və frisk üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Turnirin başlamasına az qalmış Xizək Federasiyasının nümayəndələri “Radisson” mehmanxanasında media nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıblar. Federasiya nümayəndələri jurnalistlər və dəvət olunmuş qonaqları dünya çempionatına hazırlıq prosesi ilə tanış ediblər.

Bakuriani fevralın 16-dan martın 5-dək mötəbər turnirə ev sahibliyi edəcək. Yarışda 42 ölkədən 700 idmançı iştirak edəcək. Bakuriani Dünya Çempionatı eksklüziv olaraq İctimai Yayımçı tərəfindən təqdim olunacaq./1tv