Aprelin 14-ü 1978-ci ildən bu yana Gürcüstanda Ana Dili Günü kimi bayram edilir.
Sovet hakimiyyəti ittifaq respublikalarında yerli dillərin dövlət dili statusundan məhrum edilməsi və rus dilinin SSRİ-də dövlət dili elan olunmasına dair qərar qəbul etmişdi. Bu qərara əsasən, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində də dəyişiklik edilərək buradan “Gürcüstanda dövlət dili gürcü dilidir” ifadəsinin çıxarılması nəzərdə tutulurdu. Aprelin 14-də SSRİ Ali Soveti qərarı təsdiq etməli idi. Bu, gürcü ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Həmin gün Tbilisinin mərkəzi prospekti Rustaveliyə 100 minədək adam çıxıb qərara etirazını bildirmiş və kommunist rejimi tarixində ilk dəfə olaraq qərarını dəyişmək məcburiyyətində qalmışdı.
Gürcüstanda Ana dili gününün qeyd edilməsi barədə qərar 1978-ci il aprelin 14-də qəbul olunub. Həmin tarixdən bu məsələ konstitusiyada da əksini tapıb. Lakin Ana dili günü bayram kimi 1990-cı ildən qeyd edilir.
Müasir gürcü dilində 17 dialekt var. Bunların içərisində ədəbi dilin əsasını təşkil edən kartli və kaxet dialektləridir. Bu iki dialektin tərkibində iemereti, raçi, leçxum, quriya, cavax, mesx və acar dialektləri var.
Şərqi Gürcüstanda mövcud olan xevsur, moxev, mtiulo-qudmakar, tuşin və pşav dağ, həmçinin xarici ölkələrdə inqloy (Azərbaycan), fereydan (İran) və imerxev (Türkiyə) dialektləri də var.
Gürcü əlifbasında 33 hərf var. Lap qədimdə gürcülər mrqlovan (asomtavruli), IX əsrdə nusxuri (kilsə əlifbası) və XI əsrdən başlayaraq mxedruli (vətəndaş) yazı qaydalarından istifadə ediblər.
Hər üç gürcü yazı qaydası 2016-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.
Həmin gündən aprelin 14-də ziyalılar, ictimaiyyətin nümayəndələri Tbilisidəki “Ana dili” abidəsi önünə toplaşıb bu qələbəni geniş qeyd edirlər./az.sahafaqna