Gürcüstanda amnistiya: Kimlərə şamil ediləcək?

Gürcüstan rəhbərliyi dövlət torpağının məsimsənilməsi və bu cür işlərlə bağlı saxta sənədlər düzəldilməsi üstündə həbs edilmiş şəxslərin amnistiyası barədə qərar qəbul edib.

Müvafiq qanun layihəsi artıq Gürcüstan parlamentinə təqdim edilib.

Layihəyə əsasən, amnistiya dövlət məmurlarına, QHT təmsilçilərinə və şirkətlərə şamil edilməyəcək.

2023-cü il 1 sentyabradək olan mənimsəmələrə görə əfv tətbiq ediləcək və həmin şəxslər 2024-cü il 1 sentyabradək dövlətə ya vurduqları zərərin məbləğini tam şəkildə geri ödəməlidirlər, ya da həmin torpaqları dövlətə geri qaytarmalıdırlar.