Gürcüstana ən çox kimlər və necə səfər edir? – STATİSTİKA

2023-cü ilin yanvar-mart ayları dövründə Gürcüstana 256,8 min Rusiya vətəndaşı səfər edib ki, bu da 2022-ci ilin 1-ci kvartalındakı göstəricidən 3,5 dəfə çoxdur.

Bu barədə Gürcüstan Milli Turizm Administrasiyası statistika məlumatlarını açıqlayıb.

Qeyd edilib ki, Gürcüstana gələn beynəlxalq səyyahların səfərlərinin sayı cari ilin ilk kvartalında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 109,6% artıb.

Gürcüstan yanvar-mart ayında ümumilikdə 1,2 milyondan çox əcnəbi gəlib və bununla da 2019-cu ildəki göstəricilər 74,7% bərpa edilib.

Səfərlərin 845,3 mini turistik səfər olub ki, bu da ötən ilin eyni kvartalındakından 83,8 faiz daha çoxdur. 2019-cu illə müqayisədə axın 95,8% bərpa edilib.

Gürcüstana ən çox haradan səfərlər edilib?

Yuxarıda da bildirildiyi kimi, 2023-cü ilin yanvar-mart aylarında ən çox Rusiya vətəndaşları gəlib – təxminən 257 min və bu, 2022-ci ildəkindən 257,7%, 2019-cu ilin ilk kvartalındakından da 1,1 dəfə daha çoxdur.

Həmçinin sözügedən dövrdə Türkiyədən (216,4 min səfər), Ermənistandan (182,5 min səfər) və Azərbaycandan (40,4 min səfər) çox səfər edilib.

 

Turistlər Gürcüstana necə gəlirlər?

Turistlərin əsas hissəsi Gürcüstana quru sərhədləri vasitəsilə gəlib – əcnəbilərin 67%-i bu cür gəlib. Bu istiqamətdə ən çox Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi”, daha sonra isə Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” nəzarət-keçid məntəqəsindən istifadə edilib.

2-ci yerdə isə hava yolu ilə edilən səfərlərdir – xaricilərin 32,1%-i. Bu istiqamətdə isə liderlik Tbilisi Beynəlxalq Hava Limanındadır – 242,9 səyahətçi onun xidmətlərindən istifadə edib./shafaqna