Gürcüstan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər

Gürcüstan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cari ilin 6 ayında Gürcüstan vətəndaşları istirahət üçün ən çox Türkiyəyə səfər edib (36,5%).

Az.shafaqna.com “InterPress”-ə istinadən xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsini icra edən Medea Caniaşvili məlumat verib.

O qeyd edib ki, Türkiyədən sonra ən çox Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Almaniya və Polşaya səfər edilib.

“2022-ci ilin I-II rübünün məlumatına görə, gedən ziyarətçilərin sayı 1 244 660 nəfər olub, gecələmələrin orta sayı isə 6 gecə müəyyən edilib. Əyləncə, istirahət məqsədilə ən çox Türkiyəyə (36,5%), Birləşmiş Ərəb Əmirliklərinə (9%), Ermənistana (7%), Almaniyaya (4,1%), Polşaya (2,4%) səfər edilib. Qalan ölkələrdə nisbətən az səfərlər qeydə alınıb”, – Medea Caniaşvili bildirib.